AZ

Xamenei “Xatəmül-Ənbiya” Qərargahına yeni komandan təyin etdi

BAKI, 13 iyun. TELEQRAF

İranın ali dini rəhbəri Əli Xamenei briqada generalı Əli Şadmanini Silahlı Qüvvələrin “Xatəmül-Ənbiya” Qərargahının yeni komandanı təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

General-mayor Şadmani iyunun 13-də səhər saatlarında İsrailin hava hücumu nəticəsində həyatını itirən general-mayor Qulaməli Rəşidi əvəz edib.

Seçilən
19
teleqraf.com

1Mənbələr