AZ

İsrail cavab zərbələrindən qorunmaq üçün təhlükəsizlik tədbirləri tətbiq edir

İrana hücumların başlamasından sonra fövqəladə vəziyyət elan edən İsrail Tehrandan mümkün məhdud cavab zərbələrinə hazırlaşır.

Herbiand.az “nadolu” agentliyinə istinadən xəbər verir ki, yununun 13-ü cümə günü səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz İrandan gələn təhlükə ilə əlaqədar fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

İsrail hakimiyyətinin gördüyü əlavə təhlükəsizlik tədbirləri çərçivəsində məktəblər və müəssisələr bağlanıb, kütləvi namazlar, idman və mədəniyyət tədbirləri ləğv edilib.

Sosial mediada israillilərin İrandan mümkün zərbələr qorxusu ilə kütləvi şəkildə ərzaq və zəruri əşyalar aldığını göstərən görüntülər yayılıb. Sakinlərin çoxu ehtiyac duyduqları hər şeyi yığaraq bomba sığınacaqlarına gedirlər.

Artan narahatlıq fonunda bank sistemində də tələskənlik müşahidə olunur - bir sıra ərazilərdə kütləvi nağd pul çıxarılması səbəbindən bankomatların boş olduğu bildirilir.

Müdafiə Nazirliyi vətəndaşları bütün göstərişlərə əməl etməyə və təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Baş nazir Benyamin Netanyahu daha əvvəl demişdi ki, ölkə sakinləri sığınacaqlarda həmişəkindən daha çox qalmalı ola bilər.

Seçilən
28
herbiand.az

1Mənbələr