AZ

Donald Tramp: Mən İrana şans verdim

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İran "çox gec" olmadan saziş bağlamalıdır".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailin İrana hücumları fonunda öz "X" hesabında etdiyi paylaşımda yazıb.

Paylaşımın birinci hissəsində ABŞ prezidenti İrana mümkün nəticələrlə bağlı xəbərdarlıq etdiyini vurğulayıb.

"Mən İrana saziş bağlamaq üçün şans verdim. Onlara ən sərt şəkildə dedim ki, sadəcə bunu edin. Lakin nə qədər çalışsalar da, nə qədər yaxınlaşmış olsalar da, onlar sadəcə olaraq bunu edə bilmədilər.

Mən onlara deyirdim ki, bu, bildikləri, gözlədikləri və ya eşitdikləri hər şeydən daha pis olacaq. ABŞ dünyanın ən yaxşı və ən ölümcül hərbi texnikasını istehsal edir. İsraildə bu silahdan çoxdur və daha çox olacaq. Onlar bundan necə istifadə edəcəklərini bilirlər. Bəzi iranlı sərt xətt tərəfdarları cəsarətlə danışırdılar, amma onlar nə baş verəcəyini bilmirdilər. Onların hamısı indi ölüdürlər və daha da pis olacaq", - deyə Tramp qeyd edib.

Postunun sonunda Tramp bəyan edib ki, İran üçün yeganə şans sazişin bağlanmasıdır.

"Artıq çoxlu ölümlər və dağıntılar var, lakin bu qırğına son qoymaq üçün hələ vaxt var, növbəti artıq planlaşdırılan hücumlar isə daha qəddar olacaq. İran hər şey məhv olana qədər saziş bağlamalı və imperiyasını xilas etməlidir. Bundan sonra heç bir ölüm olmasın, dağıntı olmasın, çox gec olmadan sadəcə bunu edin", - deyə Donald Tramp əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
oxu.az

1Mənbələr