İyunun 13-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşun əbədi müəllifi” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sərhədçilər, şəhid ailələri, qazilər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tarixi günləri bir daha xatırlamaq üçün Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız haqqında səsləndirdiyi dəyərli fikirləri dahi şəxsiyyətin öz səsi ilə səsləndirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi təbriklərini, ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.
Sonra tədbir konsert proqramı ilə davm etdirilib.