BAKI, 13 iyun. TELEQRAF
İran hələlik İsrailə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə cavab verməyib, lakin yaxın gələcəkdə İranın pilotsuz hücumu reallaşacaq.
Teleqraf xəbər verir ki, bu barədə Fars agentliyi mənbəyə istinadən məlumat yayıb.
“İsrailin İran PUA-larını vurması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Həqiqi qisas yaxın vaxtlarda veriləcək və bu barədə yalnız rəsmi kanallarla məlumat veriləcək”,- mənbə əlavə edib.