AZ

Rus qoşunlarını çıxarmayacağıq, niyyətimiz budur ki... Paşinyan

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan Rusiya ilə münasibətləri pozmağı qarşısına məqsəd qoymur və bu ölkədə rus qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyil.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Praqadakı forumda deyib

"Siz Rusiya qoşunlarının Ermənistanda olmasını qeyd etdiniz. Amma mən qeyd etmək istərdim ki, Ermənistanda Azərbaycanla sərhəddə vəziyyətə nəzarət edən Avropa Monitorinq Missiyası da var. Keçən il biz rus qoşunlarının səviyyəsini azaltdıq, lakin digər tərəfdən, indi bizim vəzifəmiz yoxdur ki, Ermənistanda rus qoşunlarının mövcudluğuna son qoyaq. Bizim başqa vəzifəmiz var: region ölkələri ilə sülhün bərqərar olması" - hökumət başçısı bildirib.

O əlavə edib ki, Ermənistan Avropa İttifaqı ilə çox sıx əməkdaşlıq edir, lakin balanslaşdırılmış xarici siyasət yürütdüyü üçün Rusiya ilə münasibətləri pozmaq məqsədi yoxdur.

Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
olke.az

2Mənbələr