AZ

Netanyahu İranla bağlı vəziyyətin qiymətləndirilməsi üçün iclas keçirəcək

Bakı. Trend:

İsrailin baş naziri Binyamin Netanyahu İrana qarşı davam edənhərbi kampaniya ilə əlaqədar vəziyyətin qiymətləndirilməsi üçüniclas keçirəcək

Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, müzakirədə ölkənin müdafiə naziri İsrael Kats,"Mossad" rəhbəri Dadi Barnea, İsrail Müdafiə Qüvvələrinin (IDF) BaşQərargah rəisi Eyal Zamir və digər yüksək səviyyəli təhlükəsizlikrəsmiləri iştirak edəcək.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr