AZ

Netanyahunun hücumdan əvvəl məbəd divarına qoyduğu qeydlər diqqət çəkib: İşarə idimi?

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı həyata keçirilən "Yüksələn aslan" adlı hücumdan bir gün əvvəl "Ağlama divarı"nı (Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən yer-red.) ziyarət edib.

Netanyahunun ziyarət zamanı divarda qoyduğu qeydlər hücumdan sonra diqqət çəkib.

Bu barədə Oxu.Az "Türkiye gazetesi"nə istinadən xəbər verir.

Bildirildiyinə görə, baş nazirin qeydləri "müharibənin xəbərçisi idimi?" sualını ağla gətirib və müzakirə mövzusu olub.

Benyamin Netanyahunun "Ağlama divarı"na qoyduğu qeydlər isə belədir: "Dişi aslan kimi ayağa qalxan, aslan kimi özünü ayağa qaldıran bir xalq..."

Xatırladaq ki, İsrail ordusu iyunun 13-nə keçən gecə İrana qarşı hava hücumu təşkil edib. İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksək rütbəli hərbçi və nüvə alimi öldürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
oxu.az

1Mənbələr