AZ

Parisdə Təhlükəsizlik Şurası toplandı: Mövzu İrandır

İranda baş verən son hadisələrdən sonra Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Müdafiə və Milli Təhlükəsizlik Şurasını toplayıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.

Həmçinin, qeyd olunub ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen Yaxın Şərqdəki cari hadisələri "narahatedici" adlandırıb.

"Avropa bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi dərhal azaltmağa və qisasdan çəkinməyə çağırır. Regionun sabitliyi və qlobal təhlükəsizlik naminə diplomatik qətnamə indi həmişəkindən daha aktualdır", - sədr sosial media hesabında yazıb.

Seçilən
39
publika.az

1Mənbələr