AZ

Şuşa Bəyannaməsi Azərbaycanın və bütövlükdə regionun təhlükəsizliyinin zəmanətidir RƏY

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycanla Türkiyənin birliyi Yaxın Şərqin və Qafqazın təhlükəsizliyi, inkişafı, gələcəyi üçün təməl və təkandır. Bu birliyə qarşı yüz ildən artıq mübarizə aparan böyük güclər öz istəyinə nail ola bilməmiş, Türk dövlətlərinin bir-birinə yaxınlaşmasına qarşı bütün cəhdlər uğursuzluğa düçar olub. 2021-ci il iyunun 15-də prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladıqları Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş dövlətin əlaqələrinin zirvəsi kimi bunun təsdiqidir. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli söyləyib.

Deputat qeyd edib ki, Bəyannamənin 15 İyun - Milli Qurtuluş Günündə məhz Şuşada imzalanması isə təsadüfi deyil. 1993-cü ilin məhz bu günündə Azərbaycanı vətəndaş müharibəsindən qurtararaq dövləti yox olmaq təhlükəsindən xilas edən Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının tarixi məntiqi kimi 2021-ci ildə azad Şuşada yeni sənəd imzalandı. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq.

Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur. Bu Bəyannamə ilə regionda yeni geosiyasi konfiqurasiya yarandı. Saziş hər iki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların birləşdirilməsinə, eləcə də ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənib.

“Bu sənəd siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu dünyaya nümayiş etdirdi. Keyfiyyətcə daha yüksək işbirliyinin təminatı olan bu sənəd həm də böyük tarixə əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı Şuşada Türkiyə Lideri ilə Bəyannamə imzalayarkən Qars müqaviləsini xatırlatdı. Prezident İlham Əliyev vurğuladı ki, tarixi Qars müqaviləsinin imzalanmasından düz yüz il sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında birgə bəyannamənin rəmzi mənası vardır və bu sənəd bizim gələcək işbirliyimizin istiqamətini göstərir”, - deyə deputat vurğulayıb.

Şuşa Bəyannaməsini imzalanamsından dörd ilin ötdüyünü bildirən F.İbrahimli qeyd edib ki, dünyada baş verən hadisələr illər ötdükcə bu sənədin əhəmiyyətinin daha da atracağını deməyə əsas verir. Bu, adi regional anlaşma deyil. Şuşa Bəyannaməsi regionda və dünyada əməkdaşlığın, birgəyaşayışın, xoşməramlılığın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin və təhlükəsizliyin vacibliyini bir daha sübut etməklə yanaşı, onların qlobal əhəmiyyətini də göstərdi. Bu sənəd üçüncü tərəfə qarşı olmadığı üçün beynəlxalq hüququn, münasibətlərin, prinsiplərin qorunmasının simvoludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr