AZ

İrana hücumlar fəlakətli nəticələr doğura bilər - Misir

BAKI, TurkicWorld

İsrailin İrana hücumları regionu xaosa sürükləyə bilər.

TurkicWorld xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını qəti şəkildə pisləyib və bu addımı “regional təhlükəsizliyi təhlükə altına alan təşəbbüs” kimi qiymətləndirib.

Nazirliyin yazılı açıqlamasında qeyd olunub ki, bu hücumlar beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və həm regional, həm də qlobal sülhə ciddi təhdiddir.

“Hadisələri böyük narahatlıqla izləyirik. Bu hücumlar bölgə xalqlarının sabitliyinə və təhlükəsizliyinə misli görünməmiş nəticələr doğura bilər”, – deyə Misir XİN-in bəyanatında vurğulanıb.

Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir.

Seçilən
29
turkic.world

1Mənbələr