İsrail aldadıcı fənddən istifadə edərək İranın hərbi komandanlığını bir yerə yığmağa məcbur edib və onları bir zərbə ilə öldürüb.
AzPost bildirir ki, bu barədə İsrail təhlükəsizlik xidmətinin əməkdaşına istinadən Fox News məlumat yayıb.
Mənbənin sözlərinə görə, İsrail qüvvələri bütün komandirləri yeraltı komandanlıq mərkəzinə toplamaq üçün xüsusi tədbirlər həyata keçirib: “Biz onlar haqqında daha çox məlumat əldə etmək üçün konkret tədbir həyata keçirdik, daha sonra bu məlumatdan onların davranışlarına təsir etmək üçün istifadə etdik. Biz bu tədbirin onların görüşünə səbəb olacağını bilirdik. Amma daha da vacibi odur ki, onları orada necə saxlamağı bilirdik”.
Mənbə bildirib ki, zərbələr İsrailin gözlədiyindən daha uğurlu olub.