AZ

Müharibə qapımızın AĞZINDADIR - Azərbaycana da TƏSİRİ VAR

Mövzunun gedişatı ilə bağlı deputat Arzu Nağıyev Ajans.az-a açıqlayıb. 
Deputat bildirib ki, İran-İsrail arasında olan məsələlər artıq kulminasiya nöqtəsinə çatıb və bu problemlər ortaya çıxdı. Əsas məqam isə münaqişənin Azərbaycanla qonşu olan ölkənin ərazisində olmasıdır. Dolayı olsa da burada bizə təsir edən amillər var.  Arzu Nağıyev qeyd edib ki, burada ölkəmizin nə qədər  vacib rol oynadığını görə bilərik. Burada vacib amillərdən biri də Azərbaycan hava məkanından bir çox dövlətin daşıyıcılarının keçməsidir. Bəziləri də Azərbaycan Hava Limanına eniş edir. 

Ekspert vurğulayıb ki, iki ölkə arasında sabitlik təmin olunmalıdır. Qarşısı indi alınarsa, gələcəkdə baş verən təhlükələrin qarşısı alına bilər. Burada qonşu ölkələrin də rolu böyükdür.

Seçilən
23
Ajans.az

1Mənbələr