AZ

Sabit tarif vasitəsilə təchizatçıların infrastruktur xərcləri stabil şəkildə ödəniləcək – Deputat

Bakı. Trend:

Sabit tarif istehlakçı tərəfindən ödənilən ümumi tarifin sabitxərclərlə bağlı olan hissəsidir. Yəni bu, enerji təchizatçılarınındaimi və dəyişməyən xərclərinin – misal üçün, infrastrukturunsaxlanılması, əmək haqqı, təhlükəsizlik və texniki xidmətxərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğdir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetikavə ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentinbu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, bu məbləğ faktiki olaraqhal-hazırda da istehlakçılar tərəfindən ödənilir, sadəcə tarifstrukturunda ayrıca göstərilmir:

“Ona görə də sabit tarifin qanunvericiliyə əlavə edilməsi heçbir halda yeni ödəniş və ya əlavə maliyyə yükü kimi qəbuledilməməlidir. Əksinə, bu strukturlaşdırma mövcud tarifin dahaşəffaf və iqtisadi əsaslı şəkildə bölüşdürülməsinə xidmətedəcək”.

Bu dəyişiklik vətəndaşlara nəverəcək?

“İlk növbədə, sabit tarifin tətbiqi enerji təchizatçılarınınmaliyyə dayanıqlığını təmin edəcək. Enerji sistemində ən ciddiproblemlərdən biri –təchizatçıların öz infrastruktur xərcləriniplanlaşdırmaqda çətinlik çəkməsidir. Sabit tarif vasitəsilə buxərclər stabil şəkildə ödəniləcək, beləliklə də enerjixidmətlərinin fasiləsizliyi və keyfiyyəti təmin olunacaq.

İkinci mühüm məqam – subsidiya mexanizmlərinin mərhələli şəkildəazaldılmasıdır. Hazırda bəzi enerji təchizatçıları dövlətbüdcəsindən ayrılan subsidiya hesabına ayaqda qalır ki, bu dasektorun sağlam rəqabət və iqtisadi əsaslarla inkişafına mane olur.Sabit tarif bu zərurəti aradan qaldırmağa və uzunmüddətli dövrdəsubsidiya asılılığını minimuma endirməyə yönəlib.

Bu isə özlüyündə mövcud “Elektroenergetika haqqında” Qanununmahiyyətindən, orada elektroenergetika fəaliyyəti sahələrininstrukturlaşmasının xarakterindən irəli gəlir. Bildiyiniz kimi,aparılan islahatların sonunda enerji istehsalı, ötürmə, paylama vəsatış proseslərinin ayrılması və bu sahədə rəqabətli mühitinyaradılması nəzərdə tutulur.

Bir əmtəə olaraq enerjisinin qiyməti istehsal xərcləri, ötürmə,paylama sisteminin üzərindən formalaşır. Bu sistem tətbiq olunarsa,enerjisinin maya dəyərində paylama sisteminin xərclərinin yenidənnəzərdən keçirilməsi baş verəcək və paylayıcı sistem operatorununkifayət qədər yüksək olan xərclərinin qarşılanması üçün sabit tarifelementindən istifadə olunacaq. Hansı ki, indi paylayıcı şəbəkə özmənfəətinin böyük hissəsini bu sahəyə, yəni paylayıcı şəbəkəninsaxlanılmasına yönəldirsə, gələcəkdə bu xərclər sabit tarifləməhdudlaşacaq. Bu isə son nəticədə istehlakçının dəstəklənməsinə,enerjisinin maya dəyərinin optimallaşmasına gətirib çıxaracaq”, -deyə o qeyd edib.

Sadiq Qurbanov əlavə edib ki, inkişaf etmiş ölkələrdə sabittarif elementləri tarif sistemlərinin əsas tərkib hissəsini təşkiledir.

“Türkiyə və Rusiya kimi qonşu dövlətlərdə də fərqli modellərlə –məsələn, sayğacın dəyərinin birbaşa abonentlər tərəfindənödənilməsi ilə – sabit tarif prinsipi tətbiq edilir. Gürcüstandaisə hazırda bu sahədə təhlillər və modelləşdirmə işləri aparılır.Bu, göstərir ki, sabit tarif artıq regionda da aktual və praktikmexanizmə çevrilməkdədir”, - deputat fikrini tamamlayıb.

Seçilən
18
az.trend.az

1Mənbələr