Xankəndi. Trend:
İşğaldan azad edilən Ağdərə rayonunun inzibati ərazisində hayatakeçirilən tikinti, bərpa-quruculuq işlərini daha da sürətləndirməküçün təhlükəsiz yerdə, şəhər mərkəzindən kənarda bərk tullantılarpoliqonu tikiləcək.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, bu barədə Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekolojiməsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyilib.
Məlumata görə, rayonda yerləşən poliqon 10 hektar ərazini əhatəedəcək və tutumu 60-65 min kubmetr olacaq.
Müvafiq dövlət orqanları ilə poliqonun yerləşəcəyi ərazinindəqiqləşdirilməsi işləri həyata keçirilir. Bu işlər başa çatdıqdansonra tikinti işlərinə start veriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldanazad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndaişğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarəedilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdətutulub.