Binəqədi rayonunda yanğın olub.
Bu barədə Avtosfer.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.