AZ

Sürücülərə ŞAD XƏBƏR: Bu məntəqələrin sayı ARTIRILDI

Bakı şəhərində ictimai nəqliyyatın hərəkətini sürətləndirmək məqsədilə avtobus zolaqları boyunca minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi zonalar yaradılıb. Maraqlıdır, mindirib-düşürmə zonalarının yaxınlığında qısamüddətli dayanmalara alışan sürücülər gələcəkdə bu sahələri parklanma üçün istifadə etməyə başlaya bilərmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlamasında bildirib ki, Bakıda son dövrlər yeni nəqliyyat modelinin təşkili ilə əlaqədar “mindirib-düşürmə məntəqələri”nin sayı artırılıb.

İctimai

“Adından da göründüyü kimi, bu məntəqələr parklanma yeri deyil, qısa müddətdə sərnişinin mindirilməsi və ya düşürülməsi üçün nəzərdə tutulub. Bu, şəhər daxilində nəqliyyat axınının tənzimlənməsi və yollarda sıxlığın qarşısının alınması baxımından önəmli addım hesab olunur. Belə məntəqələr xüsusi nişanlamalarla təchiz olunur və sürücülər burada yalnız bir neçə dəqiqəlik dayanaraq sərnişini mindirib-düşürməlidirlər. Bu sistem artıq paytaxtın bir neçə əsas nöqtəsində tətbiq olunmağa başlanıb. Hazırda hava limanı, “Gənclik Mall” ticarət mərkəzinin yanı, eləcə də ən son olaraq Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında bu cür məntəqələr qurulub”.

Mütəxəssis hesab edir ki, bu tip məntəqələrin sayı artırılmalı və ictimaiyyət arasında maarifləndirmə işləri gücləndirilməlidir.

“Çünki belə təşəbbüslər sərnişinlərin səfərlərini daha rahat və təhlükəsiz təşkil etməsinə şərait yaradır. Nəqliyyat sahəsində bu cür yeniliklərin gələcəkdə şəhərin digər strateji əhəmiyyətli nöqtələrində də tətbiqi gözlənilir. Məqsəd isə nəqliyyatın hərəkətini optimallaşdırmaq və vətəndaşlara daha səmərəli xidmət göstərməkdir”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr