AZ

Neymar Türkiyəyə gedir, yoxsa "Aston Villa" və ya "Marsel"ə?

"Santos"un braziliyalı vingeri Neymar karyerasını Türkiyədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, "Fanatik" portalı "Fənərbaxça"nın 33 yaşlı futbolçunun xidmətində maraqlı olduğunu yazıb.

Məlumata görə, İstanbul klubu Neymara daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə təklif edib. Braziliyalının "Santos"la anlaşmasında Avropanın istənilən komandasına pulsuz gedə biləcəyi ilə bağlı bənd var.

İngiltərəli jurnalist Kris Antoninin xəbərinə görə, "Fənərbaxça"dan başqa İngiltərənin "Aston Villa" və Fransanın "Marsel" klubları da Neymarla maraqlanırlar. Onlardan başqa daha 5 komandanın futbolçunun nümayəndələri ilə əlaqə saxladığı deyilir.

Bu mövsüm Neymar bütün turnirlərdə 14 matçda iştirak edib və 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl mətbuatda "Santos"un onunla müqavilənin müddətini uzatmaq istədiyi barədə məlumat yayılmışdı.

İdman.biz

Seçilən
11
1
idman.biz

2Mənbələr