AZ

Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana səfərə gəlib

Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana səfərə gəlib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Gela Geladze səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ilə görüş keçirəcək.

Tərəflər hüquq-mühafizə sahəsində iki ölkə arasında tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə onun müavini Aleksandre Daraxvelidze və Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze daxildir.

Seçilən
38
2
apa.az

10Mənbələr