İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi iki qırıcının müşayiəti ilə havaya qalxıb.
Milli.Az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məlumata görə, Netanyahunun təyyarəsi ilə birgə xaricə gedən sərnişin təyyarələri də Təl-Əviv yaxınlığındakı Ben Qurion Hava Limanından təxliyə edilməyə başlayıb.
Məlumatda təyyarələrin hansı ölkəyə təxliyə edildiyi barədə dəqiq informasiya verilməyib.
Hətta sosial şəbəkələrdə yayılan məlumata əsasən, İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin İranın mümkün hücumu zamanı zərər görməməsi üçün Yunanıstana təxliyə edildiyi bildirilib.
Xatırladaq ki, bu gün gecə saatlarında İsrail İrana qarşı "Yüksələn aslan" kod adlı hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.
Milli.Az