AZ

Həftəsonu bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14–16 iyun 2025-ci il tarixlərində bir sıra yollarda təmir işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Məlumata görə, təmir işləri aparılacaq ünvanlar aşağıdakılardır:

  1.  Səbail rayonu – Badamdar şosesi
  2. -Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi
  3.  Nərimanov rayonu – Ziya Bünyadov prospekti
  4.  Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə
  5.  Çingizxan mərasim evinin yanı, yan yol
  6.  Xətai rayonu – Babək prospekti
  7.  92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı
  8. Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi
  9.  H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək
  10. Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi

Qeyd olunub ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. ( YOL BAĞLANMIR)
 

Seçilən
15
21
operativmedia.az

10Mənbələr