AZ

Yeni avtomobil almaq istəyənlərə 100 min manatadək sərfəli kredit imkanı

Bank Respublika istehlakçılara yeni avtomobil əldə etmələri üçün illik 12%-dən başlayan faizlə sərfəli kredit təklif edir.

Finss.az xəbər verir ki, kreditin məbləği 100 000 manatadək, müddəti isə maksimum 59 ay təşkil edir. İlkin ödəniş 10%-dən başlayır. Komissiya məbləği 1-1.5% arasında dəyişir. Girov kimi istehsal tarixi 3 ildən az olan avtomobillər qəbul olunur. Zamin yalnız istisna hallarda tələb edilir.

Rəsmiləşmə üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin alınmasına dair sənədlər və rəsmi gəlirləri təsdiqləyən sənəd təqdim edilməlidir.

Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/loans-for-individuals/avtomobil-krediti_415

Fuad Mədətov
Finss.az

Seçilən
28
fins.az

1Mənbələr