Bakı. Trend:
Almaniyanın kansleri Fridrix Mertz, Fransanın prezidentiEmmanuel Makron və Britaniya baş naziri Kir Starmer arasındatelefon danışığı olub. Danışıq zamanı lidelrərin İsrailin İranaendirdiyi zərbələr müzakirə olunub.
Trend xəbər verirki, bu barədə Almaniya KİV yerli hökümət rəsmisinə istinadənməlumat yayıb.
“Onlar bu gün İsrailin İranın nüvə proqramına hədəflənmişzərbələrini və İranın buna hərbi cavab tədbirlərini müzakirəediblər və onlar bu məsələni gündəmdə saxlamaq barədə razılığagəliblər”, - məlumatda bildirilir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.