Ötən gün Hindistanda baş verən təyyarə qəzasında yaxınlarını itirən hər ailəyə 115 min dollar yardım ediləcək.
Publika.az xəbər verir ki, bunu “Air İndia”nın nəzdində olan “Tata Group” şirkəti sosial media hesabında bildirib.
Paylaşımda faciəvi hadisə ilə bağlı dərin kədər hissi ifadə edilib və yaxınlarını itirən ailələrlə həmrəylik mesajı verilib.
Qeyd olunub ki, “Tata Group” tərəfindən ölənlərin ailələrinə təqribən 115 min dollar ödəniləcək, yaralıların müalicə xərcləri qarşılanacaq.