"Milan" "Brügge"nin futbolçusunu heyətinə qata bilər.
Fanat.Az "Blick"ə istinadən xəbər verir ki, "qırmızı-qaralar" 22 yaşlı Ardon Yaşari ilə maraqlanırlar.
İtaliya nəhəngi sözügedən yarımmüdafiəçi üçün 35 milyon avro ödəməyə hazırdır. "Brügge" isə futbolçunu 40 milyon avroya satacağına ümid edir.
Qeyd edək ki, Yaşari ötən mövsüm "Brügge"nin heyətində 52 matça çıxaraq 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçrəli oyunçunun Belçika təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 32 milyon avro ilə dəyərləndirir.