AZ

Azad edilmiş iki rayonda mərkəzi xəstəxanalar tikiləcək

Bakı. Trend:

Azərbaycanın azad edilmiş iki rayonunda - Laçın və Kəlbəcərdəmərkəzi xəstəxanalar tikiləcək.

Trend-inməlumatına görə, Səhiyyə Nazirliyinin tikilməkdə olanmüəssisələrinin müdiriyyəti artıq bununla bağlı müvafiq işlərəstart verib.

Qurum hər iki rayonda tikiləcək xəstəxanaların layihə-smetasənədlərinin hazırlanması işlərini "İba Group" MMC-yə həvalə edibvə müqavilə bağlayıb.

Müqavilələrə əsasən, şirkətə 1 191 500 manat ödənilib.

Xəstəxanaların tikintisi ilə bağlı layihə-smeta sənədlərinihazırlayacaq "İba Group" MMC 2019-cu ildə dövlət qeydiyyatınaalınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisiBəylərov İlqar Xıdır oğludur.

Məqalədə:
Seçilən
13
1
az.trend.az

2Mənbələr