AZ

Ərdoğan: Netanyahu dünyanı fəlakətə sürükləməyə çalışır

İsrailin baş naziri Benyamin Netanyahunun administrasiyası bütün Yaxın Şərqi və dünyanı fəlakətə sürükləməyə çalışır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə qeyd edib.

"Netanyahu administrasiyası ehtiyatsız, aqressiv və qanunsuz hərəkətləri ilə regionumuzu və bütün dünyanı fəlakətə sürükləməyə çalışır", - o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Türkiyə prezidenti İsrailin İrana hücumunun təxribat və beynəlxalq qaydaların pozulması olduğunu vurğulayıb.

Seçilən
14
aznews.az

1Mənbələr