Belqrad, 13 iyun, AZƏRTAC
Serbiyada seçkilər 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində keçirilə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Praqada keçirilən “Globsec” Forumunda deyib.
“Hazırda Serbiyada Belqradın ev sahibliyi edəcəyi “EXPO 2027” ixtisaslaşdırılmış sərgisinə hazırlıq gedir. İndi bizim Serbiyada, eləcə də Avropaya inteqrasiya yolunda çox işimiz var. Sonra xalq kimin qalib gələcəyinə və gələcəkdə ölkəni kimin idarə edəcəyinə qərar verəcək”, - deyə Aleksandar Vuçiç bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad