AZ

İsrail bölgədə vəziyyəti şüurlu şəkildə kəskinləşdirir - Rusiya

BAKI, TurkicWorld

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi İsrailin son hərbi əməliyyatlarını sərt şəkildə tənqid edərək, Tel-Əvivin qəsdən gərginliyi artırmaq yolunu seçdiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, nazirliyin rəsmi açıqlamasında bildirilib ki, bu təxribatların nəticələrinə görə tam məsuliyyət İsrail rəhbərliyinin üzərinə düşür.

“İranla bağlı atılan bu addımlar bölgədə vəziyyəti daha da kəskinləşdirib. Provokativ hərəkətlərin nəticələri üçün məsuliyyət tam şəkildə İsrail rəhbərliyinə aiddir”- deyə nazirliyin bəyənatında qeyd olunub.

Rusiya XİN-in məlumatına görə, İsrailin həyata keçirdiyi hücumlar İranın dinc atom proqramı ilə bağlı problemi sülh yolu ilə həll etmək istiqamətində aparılan beynəlxalq səyləri ciddi şəkildə zəiflədib.

Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir

Seçilən
11
turkic.world

1Mənbələr