AZ

Agentlik: "Çində Azərbaycanın turizm nümayəndəliyi açılacaq"

Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə
DTA ilə "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı ilə əlaqədar media nümayəndələrinə məlumat verərkən dilə gətirib. "Şahdağ" Turizm Mərkəzində baş tutan mediaturda o vurğulayıb ki, bu məsələ üzrə aparılan işlər nəticəsində mövsümlər arasında turizm üzrə müəyyən balans əldə olunub.

"Son illərdə Azərbaycanda aktiv qış turizmi də mövcuddur. Eyni zamanda, hər turizm mövsümündə balanslı şəkildə beynəlxalq səviyyəli tədbirlər həyata keçirilir. Turizm şirkətləri də mövsümilik məsələsini aradan qaldırmaq məqsədilə yeni yanaşmalar irəli sürür. Ümidvarıq ki, bu strategiya öz bəhrəsini yaxın gələcəkdə verəcə", - o bildirib.

Kənan Quluzadənin sözlərinə görə, yay fəsli Azərbaycanda hələ də aktiv turizm mövsümü kimi qalmaqdadır:

"Yanvar-may ayları arasında ölkəmizə gələn turistlərin sayı təqribən 1 milyondur. Ötən illərlə müqayisədə bu,1,5% faiz artım deməkdir,ancaq proqnozlarımızdan aşağıdır".

Sədr müşaviri söyləyib ki, son illər daha çox Mərkəzi Asiyadan, Uzaq Şərqdən, xüsusilə də Çindən Azərbaycana turist səfərlərinin təşkili prioritetdir:

"Bu barədə ölkə rəhbərliyinin tapşırıqları var. Bu ilin sonunadəkÇində, həmçinin Türkiyədə Azərbaycanın rəsmi nümayəndəliyi açılacaq.Hazırda isə İsraildə və Rusiyada turizm nümayəndəliklərimiz fəaliyyət göstərir. Eyni zamanda, onlayn platformalarla, media və turizm əməkdaşları ilə birgə silsilə tədbirlər keçirilir, bu tədbirlərdə Azərbaycanın turizm potensialı nümayiş olunur".

AzVision.az
Seçilən
25
1
azvision.az

2Mənbələr