AZ

ABŞ yüz minlərlə miqranta ölkəni tərk etmələri üçün bildiriş göndərdi

ABŞ yüz minlərlə miqranta ölkəni tərk etmələri üçün bildiriş göndərdi

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi (DHS) Kuba, Haiti, Nikaraqua və Venesueladan olan yüz minlərlə miqrantın ölkədə yaşamasına və işləməsinə icazə verən müvəqqəti hüquqi statusu ləğv edib.

Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, keçmiş prezident Co Bayden dövründə tətbiq edilən və hazırkı administrasiya tərəfindən dəfələrlə tənqid olunan miqrasiya proqramı artıq qüvvədən düşüb.

Hüquqi statusu ləğv edilən şəxslərə ölkəni tərk etmələri üçün elektron məktublar göndərilməyə başlanılıb. Bildirilib ki, könüllü şəkildə geri dönənlərə səyahət xərcləri üçün yardım və vətənlərinə çatdıqdan sonra 1000 dollar məbləğində maddi dəstək veriləcək.

Xatırladaq ki, Bayden administrasiyası tərəfindən 2022-ci ildən etibarən tətbiq edilən bu proqram çərçivəsində həmin ölkələrdən gələn təxminən 532 min miqranta ABŞ-da müvəqqəti yaşamaq və işləmək hüququ tanınmışdı.

Seçilən
17
afn.az

1Mənbələr