AZ

Daha 2 nəfər Azərbaycana ekstradisiya edildi

Azərbaycan vətəndaşları Məmmədov Ramil Ramiz oğlu və Təhməzov Elçin Bayram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Bosniya və Herseqovinanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Həmin şəxslərin qabaqcadan əlbir olan şəxs halında quldurluq etmə cinayət əməlini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa elan edilib.

İyunun 12-də Ramil Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Elçin Təhməzovun ölkəmizə gətirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Seçilən
39
50
unikal.az

10Mənbələr