Vladimir Zelenski Natalya Qalibarenkonu Ukraynanın NATO-dakı missiyasının rəhbəri vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, müvafiq fərman prezidentin saytında dərc olunub.
Zelenskinin digər sərəncamı ilə Qalibarenkonun yerinə Alena Getmançuk təyin edilib.
Qeyd edilir ki, Nataliya Qalibarenko 2021-ci ilin iyul ayından Ukraynanın NATO-dakı missiyasına rəhbərlik edib. O, bu vəzifəni tutan ilk qadın olub.
Kadr dəyişikliklərinin səbəbləri açıqlanmır.