Daha bir sürücünün başına maraqlı hadisə gəlib.
Vətəndaş hadisə ilə əlaqədar Avtosfer.az-ın qaynar xəttinə müraciət edib.
77-XE-082 dövlət qeydiyyat nişanlı ”Ford” markalı avtomobili yol hərəkəti qaydalarını pozduğu halda qayda pozuntusunu qeydə alan xüsusi texniki vasitə (radar) nömrəni düzgün oxumayıb. Belə ki, radarın önünü kəsən yarpaqlar nömrədəki həriflərin yalnış oxunmasına səbəb olub.
Nəticədə cərimə “Ford”a yox, bənzər nömrəyə, yəni 77-XF-082 qeydiyyat nişanlı “QAZ” markalı avtomobilin sürücüsünə göndərilib. Kameranın düzgün fiksasiya etməməsi səbəbindən “QAZ” sürücüsünə Nəsimi rayonun Fizuli küçəsində İXM-nin 339.1-ci maddəsini pozduğuna görə cərimə protokolu göndərilib. Sürücü bu vəziyyətdən xəbər tutduqda məsələni aidiyyəti quruma şikayət edib. Vətəndaş DYP-dən qaydaları pozmadığı halda tərtib edilən cərimə protokollarının ləğv edilməsini tələb edir.
Fidan