İsrail Müdafiə Qüvələrinin (IDF) İrana endirdiyi zərbələr nəticəsində onlarla "yer-yer" tipli raket qurğusu və raket anbarı məhv edilib.
“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” IDF-dəki mənbəyə istinadən bildirib.
"Hücumlar nəticəsində onlarla "yer-yer" tipli raket qurğusu, raket anbarı və digər hərbi obyektlər məhv edilib", - deyən mənbə İran raketlərinin minlərlə kilometr məsafə qət edə bildiyini və İsrailə qarşı istifadə olunduğunu vurğulayıb.