AZ

Neymar karyerasını Türkiyədə davam etdirə bilər


Barziliyanın “Santos” klubunun məşhur cinah oyunçusu Neymar Türkiyə çempionatına keçə bilər.
Yeniavaz.com
“Fanatik” qəzetinə istinadla xəbər verir ki, 33 yaşlı futbolçunun xidmətində maraqlı olan əsas klub “Fənərbağça”dır.
Mənbənin məlumatına görə, klub Neymara müqaviləni daha bir mövsüm uzatmaq şərti ilə bir illik müqavilə təklif edib.
Belə ki, braziliyalının “Santos”la müqaviləsində ona istənilən Avropa komandasına pulsuz getmək imkanı verən bənd var.
Qeyd edək ki, bu mövsüm Neymar bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Seçilən
42
yeniavaz.com

1Mənbələr