AZ

Moldova hökuməti 20-dən çox müxalifətçiyə sanksiya tətbiq edib

Moldova hökuməti indiyədək 21 nəfərə sanksiya verib ki, onların da əksəriyyəti müxalifət nümayəndələridir.

Korrespondent.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə respublikanın baş naziri Dorin Recean məlumat verib.

Onun szlərinə görə, siyahıya daxil olanlar arasında müxalifətin “Qələbə” blokunun lideri İlan Şor, Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul, parlamentin deputatı Marina Tauber, “Dirçəliş” partiyasının sədri vəzifəsini icra edən Nataliya Paraska da var:

“Vergi xidməti sanksiya tətbiq olunan şəxslərin 60 bank hesabını bloklayıb və bu şəxslərin əmlakına həbs qoyulub”.

Seçilən
27
korrespondent.az

1Mənbələr