Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O, görüşün gündəliyinin nədən ibarət olacağını açıqlamayıb.
Qriqoryan səfərin tarixini də qeyd etməyib və məlumatı baş nazirin aparatının açıqlayacağını bildirib.
Qeyd edək ki, iyunun 5-də Paşinyanla Türkiyə prezidenti Ərdoğan arasında telefon danışığı olub. Onlar Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Ağarza Elçinoğlu