AZ

Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs saxlanıldı - TƏFƏRRÜAT

ŞƏMKİR, 13 iyun. TELEQRAF

Şəmkir rayonunda iki nəfərin bıcaqlanması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə zamanı1984-cü il təvəllüdlü Cəfər Tağıyev və onun 17 yaşlı yeniyetmə bacısı oğlunu bıçaqlamaqda şübhəli bilinən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Fazil Qəribov saxlanılıb.

O, Şəmkir rayonunda fəaliyyət göstərən mərmər-qranit sexlərindən birində işçi kimi çalışıb. C.Tağıyev və onun bacısı oğlu məhsul alıb, lakin bu məhsul yararsız çıxıb. Bununla bağlı F. Qəribova bir neçə dəfə irad da bildirilib. Sonuncu telefon danışığında isə tərəflər arasında fikir ayrılığı yaranıb. Onlar rayon mərkəzində görüşüblər. Onlar arasında mübahisə düşüb, bu zaman F. Qəribov bıçaqla hər iki şəxsə xəsarət yetirib.

Şəmkir Rayon Xəstəxanasında müalicələri davam edən yaralılardan Cəfər Tağıyevin vəziyyəti orta-ağır, 17 yaşlı yeniyetmənin səhəti isə stabildir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
teleqraf.com

1Mənbələr