AZ

YAP Daşkəsən rayon təşkilatı “15 iyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirib

İyunun 13-də Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı müstəqilliyimizin memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 15 iyun 1993-cü il tarixdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışına həsr olunmuş tədbir keçirib.

Partiya fəalı olan bir qrup gənc Daşkəsən şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət Heydər Əliyevin heykəli önünə toplaşaraq, Ulu Öndərin ruhuna dualar oxuyublar, abidənin önünə tər-çiçəklər qoyublar.

Tədbirdə çıxış edən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, partiya veteranı Cavanşir Qocayev və başqaları Ümummilli Liderin hakimiyyətə qayıdışından, məhz bundan sonra ölkəmizdə qeyri-sabitliyin aradan qaldırılmasından və milli birliyin təmin olunmasından geniş söhbət açılıblar.

Bildirilib ki, 2021-ci ilin 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki dost ölkənin qardaşlığını bütün dünyaya göstərən bir mesaj oldu. Bu gün də iki qardaş ölkənin münasibətlərinin daha da yüksək səviyyədə inkişafının şahidi oluruq.

Yekunda Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olunan bir qrup gəncə partiya vəsiqələri təqdim edilib.

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr