Ötən il yetkinlik yaşına çatmayan qızının pornoqrafik videosunu yayan qadının məhkəməsi başlayır.
Təqsiri sübuta yetirilsə, ana 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Cinayət işi üzrə məhkəmə istintaqının qapalı keçirilməsi qərara alınıb.
Xatırladaq ki, 2024-cü ilin yayında sosial şəbəkələrdə qadının azyaşlı ilə qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər yayılıb. Evin hamam otağında lentə alınan videodakı qadının ana, azyaşlının isə qızı olduğu məlum olub.