Bakı. Trend:
1993-cü ilin 15 iyun tarixinin Azərbaycanın müstəqillik,dövlətçilik və siyasi tarixində əlahiddə yeri var. XalqımızınÜmummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan bu tarixmüstəqilliyimizin və dövlətimizin xilas günüdür. Ona görə iyunun15-i respublikamızda dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeydolunur. Müasir Azərbaycanın bütün uğurları öz başlanğıcını MilliQurtuluş Günündən götürür.
Müstəqilliyimizin ilk illərində respublikamızda yaranmış siyasisituasiyanı yaxşı xatırlayırıq. AXC-Müsavat cütlüyünün yarıtmaz vəsəriştəsiz fəaliyyəti dövlət idarəçiliyini demək olar ki, iflicvəziyyətinə salmışdı. Hakimiyyəti zorakı yolla ələ keçirən buqaragüruh qruplaşma mövcud idarəçilik sistemini sıradan çıxarmış vənəticə etibarilə ölkədə xaotik vəziyyət yaratmışdı. Bütün bunlarınnəticəsi kimi respublikada həyatın bütün sahələrini böhran bürümüş,iqtisadiyyat çökmüş, inflyasiya tarixdə görünməmiş dərəcədəyüksəlmiş, əhalinin sosial vəziyyəti ağırlaşmışdı.
Ən acınacaqlısı isə o idi ki, AXC-Müsavat cütlüyünün yarıtmazfəaliyyəti Ermənistanın hərbi təcavüzü şəraitində torpaqlarımızımüdafiəsiz qoymuşdu. Digər tərəfdən respublikamızın ayrı-ayrıyerlərində separatçılıq meyilləri baş qaldırmışdı. Belə birvəziyyətin meydana çıxması isə yenicə əldə edilmiş müstəqilliyimizvə bütövlükdə, dövlətimizin gələcəyi üçün ciddi təhdidləryaradırdı. Xalqımız 1920-ci ildə olduğu kimi Azərbaycan XalqCümhuriyyətinin taleyini yaşamağa və müstəqilliyini itirməyə çoxyaxın idi. Bundan daha ağırı o idi ki, Azərbaycan həm dəparçalanmaq və xəritədən silinmək təhlükəsi ilə üz-üzəqalmışdı.
1993-cü il iyun ayının 4-də Gəncədə hərbi qarşıdurmanın başverməsi respublikadakı siyasi gərginliyi daha artırmışdı.Azərbaycan artıq uçurumun kənarında, məhv olmağın bir addımlığındaidi. Baş verən hadisələr, cərəyan edən proseslər həm də onu diqtəedirdi ki, vəziyyətdən çıxış üçün Azərbaycan xalqının güclü siyasiliderə ehtiyacı var idi. Həmin lider isə o zaman Naxçıvan AliSovetinin Sədri vəzifəsində çalışan Heydər Əliyev idi. Təsadüfideyil ki,1993-cü ilin ağır iyun günlərində bütün Azərbaycanictimaiyyəti, o cümlədən ölkədə böhranlı və gərgin vəziyyətinyaranmasına səbəb olmuş siyasi qruplar da vəziyyətdən çıxış yolunuməhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dəvət edilməsindəgörürdülər. Heydər Əliyev sonralar bu barədə danışarkən deyib:
“1993–cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranıyarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəniidarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədəbaşlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısındançoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən,Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaqistəyən o vaxtkı iqtidar da belə bir zamanda əlacsız qaldı və mənəmüraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizimpartiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrininnümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvətetdilər”.
Xalqın təkidli istək və çağırışlarına cavab verən HeydərƏliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ölkədəkivəziyyəti kökündən dəyişərək, Azərbaycanın müstəqilliyinin vədövlətçiliyimizin qurtuluşunun başlanğıcı oldu. Bakıya gələn kimixilas missiyasına başlayan Heydər Əliyev həyatını təhlükə altındaqoyaraq Gəncəyə yollandı, ilk növbədə hərbi qarşıdurmanın, silahlıdəstələrin Bakıya yürüşünün qarşısını aldı. İyun ayının 15-də isəUlu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi.Cəmiyyətimizin bütün təbəqələrinin iradəsinin təzahürü, habeləbütün siyasi dairələrin məhz Ulu Öndərin xilaskarlıq missiyasınaolan ümid və inamlarının göstəricisi olan bu siyasi hadisə sözünbütün mənalarında xalqımızın milli qurtuluşu oldu. Bununla damüasir Azərbaycan tarixində yeni siyasi mərhələ başlandı. Bumərhələdə xilaskarlıq missiyasını layiqincə yerinə yetirən UluÖndər müstəqilliyimizi bütün təhlükələrdən və təhdidlərdənqətiyyətlə qorudu. Məhz Heydər Əliyevin sayəsində respublikamızdabaş qaldırmış separatçılıq meyillərinin qarşısı alındı,dövlətçiliyimizə qarşı yönəlmiş bütün cəhdlərin hamısı iflasauğradıldı.
Milli Qurtuluşdan başlanmış siyasi proseslərin məntiqi davamıolaraq Heydər Əliyevin 1993-cü ilin oktaybr ayında AzərbaycanPrezidenti seçilməsi isə respublikamızda tamamilə yenisiyasi-ictimai və sosial-iqtisadi münasibətlər sisteminin bərqəraredilməsinə xidmət edən islahatların başlanması ilə müşayiət olundu.Heydər Əliyevin siyasi qətiyyətinin və müdrikliyinin nəticəsi kimiictimai-siyasi sabitlik təmin edildi, cəmiyyətimizdə əmin-amanlıqyaradıldı, iqtisadiyyatda tənəzzülə son qoyuldu, ölkəmiz inkişafyoluna çıxdı. Heydər Əliyevin formalaşdırdığı nizami Azərbaycanordusu nəinki Ermənistanın işğalçı hücumlarının qarşısını aldı, ocümlədən Füzuli istiqamətində torpaqlarımızı azad etdi.
Beləliklə, Milli Qurtuluşdan başlanan dəyişikliklər qısa zamandabütün sahələrdə özünü göstərməyə başladı. 1994-cü ilin may ayındacəbhədə atəşkəsin əldə edilməsi isə qarşıda duran vəzifələrin dahasürətlə həyata keçirilməsi üçün zəmin yaratdı. Dövlət quruculuğuprosesini uğurla həyata keçirən Heydər Əliyev müasir Azərbaycandövlətini yaratdı, öz əməlləri ilə xalqımızın Ümummilli Liderinəçevrildi.
15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının iftixar vələyaqət tarixidir. 1993-cü il iyun ayının 15-də Ulu Öndər HeydərƏliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlananxilaskarlıq missiyası qüdrətli Azərbaycan dövlətinin qurulması ilənəticələndi və xalqımız bütün problem və təhlükələrdən alnıaçıq,layiqli şəkildə xilas oldu.
Ona görə xalqımız Milli Qurtuluş Gününü haqlı olaraq Azərbaycanıqüdrətli dövlətçiliyə və yüksəlişə aparan siyasi kursun başlandığıtarix kimi qəbul edir. Böyük məmnunluqla qeyd etməliyik ki, UluÖndər Heydər Əliyevin layiqli siyasi davamçısı olan Prezident İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixinailiyyətlər, keçdiyi əzəmətli inkişaf yolu, beynəlxalq birlikdənüfuz sahibinə çevrilməsi Milli Qurtuluşla başlanan qürurtariximizi daha da şərəfləndirir. Prezident İlham Əliyevin müzəffərAli Baş Komandanlığı ilə Azərbaycanın Vətən müharibəsindəkiqələbəsi, Qarabağda erməni separatizminin məhv edilməsi isəgöstərir ki, 1993-cü ilin 15 iyunundan başlayan Heydər Əliyev yoluAzərbaycanı həm də yeni zəfərlərə aparır.
Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevinrespublikamıza müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycandövlətçiliyinin və müstəqilliyimizin təməlləri güclü vəsarsılmazdır. Heç bir qüvvə Azərbaycan üçün təhlükə və təhdiddoğura bilməz.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı