AZ

Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi

Bakı. Trend:

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat AgentliyindənBaş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindənkənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, araşdırma zamanı taksioperatoru kimi qeydiyyata alınaraq fəaliyyət göstərən “Ridetech”MMC-nin (əvvəlki adı ilə “Uber Azərbaycan” MMC) direktoru MüşfiqHəsənov tərəfindən bu sahədə mövcud olan müvafiq qanun vətələblərin pozulması nəticəsində Cəmiyyətə məxsus informasiyasisteminə müvafiq şəhadətnaməsi olmayan sürücülər barədə həqiqətiəks etdirməyən məlumatların daxil edilməsinə, həmin şəxslərinqanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şəraityaradılması müəyyən edilib.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci (Taksisifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişixidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatlarıninformasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə vəfərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayətolunmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatbaşlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinəgöndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manatməbləğində inzibati cərimə edilib.

Bundan başqa, MMC-nin direktoru Müşfiq Həsənov həmin maddə iləbaşlanmış inzibati xəta haqqında iş üzrə Azərbaycan YerüstüNəqliyyat Agentliyi tərəfindən 5000 manat məbləğində inzibaticərimə edilib.

Məqalədə:
Seçilən
19
44
az.trend.az

10Mənbələr