AZ

Türkiyə İran, İraq, Suriya və İordaniyaya uçuşları təxirə saldı

Türkiyə bir sıra ölkələrə uçuşları müvəqqəti olaraq dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, iyunun 16-dək İran, İraq, Suriya və İordaniyaya uçuşlar təxirə salınıb.

Uçuşların təxirə salınmasına səbəb olaraq İsrailin İrana qarşı hava hücumları nəticəsində bölgədə təhlükəsizlik risklərinin artması göstərilir.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub.

Seçilən
22
2
axar.az

3Mənbələr