AZ

Bakıda Azad Mirzəcanzadə İnkişaf Proqramının ikinci axınının orientasiya günü keçirildi

Bakıda
12 iyun tarixində Landmark otelində Azad Mirzəcanzadə İnkişaf Proqramının ikinci axınının orientasiya günü baş tutdu. 1news.az xəbər verir ki, bu təşəbbüs gənclərin liderlik bacarıqları, komanda işi və layihə düşüncə tərzini inkişaf etdirmək məqsədilə həyata keçirilir.

Proqram iştirakçılara müasir dövrün real çağırışlarına cavab verən möhkəm şəxsi və peşəkar baza formalaşdırmağa, fərdi sosial məsuliyyətini artırmağa və cəmiyyətin müsbət dəyişikliklərinə fəal şəkildə qatılmağa kömək edir.

Proqram ölkənin müxtəlif bölgələrindən gəncləri bir araya gətirdi — iştirakçıların 40%-i Bakını əhatə etməyən regionlardan olub. Onların sırasında Lənkəran, Qazax, Naxçıvan, Gəncə, Füzuli və digər şəhərlər yer alır.
Tədbir çərçivəsində:
- proqramın məqsədləri və imkanları təqdim olundu;
- tanışlıq sessiyaları və komanda məşğələləri keçirildi;
- iştirakçılar, mentorlar və ekspertlər arasında davamlı əlaqə yaradacaq Notion əsaslı rəqəmsal platforma təqdim olundu;

Tədbirdə dəvət olunmuş spikerlər tərəfindən xüsusi sessiyalar keçirildi:
- Səbinə Əliyeva, ADNSU Xarici Tələbələrlə İş Mərkəzinin rəhbəri — “Azad Mirzəcanzadənin irsi: dəyərlər və elmdə qoyduğu izlər” mövzusunda çıxış etdi;
- Vüqar Sadıq, “Uğur Yolu” Etik Liderlik İnkişaf Mərkəzinin təsisçisi — “Fərdi sosial məsuliyyət, ümumi rifah və etika” mövzusunda təqdimatla çıxış etdi.

Günün əsas hadisələrindən biri isə “Şəxsi brendinq və şəxsi məsuliyyət” mövzusunda təşkil edilən panel müzakirəsi oldu. Müzakirədə Azad Mirzəcanzadənin yetirmələri və öz sahəsində uğur qazanmış peşəkarlar iştirak etdilər:

Spikerlər:
- Şahin Seyidzadə — Milli Məclisin deputatı
- Zülfiyyə Abbasova — Lökbatan Tibb Mərkəzinin şöbə müdiri
- Məlik Abdullayev — “PAŞA Holding” MMC, Qrup üzrə Maliyyə və Təşkilati Həllər Departamentinin Satınalmalar üzrə meneceri
- Tural Hacıyev — Texnologiya və transformasiya üzrə Partnyor, Deloitte

Paneldə şəxsi məsuliyyət, liderlik potensialının inkişafı, brendinq və şüurlu karyera quruculuğu barədə fikir mübadiləsi aparıldı.

Proqramın rəhbəri Leyla Seyidzadə yaxın dövr üçün planları təqdim etdi: iştirakçılar iyun ayının sonuna qədər layihə ideyalarını yekunlaşdıracaq və daha sonra üç ay ərzində onların reallaşdırılması üzərində işləyəcəklər. Bu müddətdə onlar mentor və ekspert dəstəyi ilə müşayiət olunacaqlar.

Proqrama müraciət hələ də açıqdır. Aşağıdakı meyarlara uyğun gələn bütün gənclər iştirak üçün müraciət edə bilərlər:

📌 İştirak şərtləri:
▪ Yaş: 18–35
▪ Azərbaycan Respublikası vətəndaşlığı
▪ Sosial əhəmiyyətli layihəyə çevrilə biləcək innovativ və ya yaradıcı ideya

👉 Müraciət linki: https://forms.gle/j112YFnqyF8C3sHu6
Seçilən
23
1news.az

1Mənbələr