AZ

TƏCİLİ: İsrailin hava hücumu nəticəsində İranın 5 tanınmış professoru HƏLAK OLDU – Açıqlama

İranın paytaxtı Tehran şəhərinə İsrail tərəfindən həyata keçirilən aviazərbə nəticəsində Şəhid Beheşti Universitetinin 5 professoru həyatını itirib. Bu barədə universitetin rəsmi saytında məlumat verilib.

"Bakuinfo" xəbər verir ki, Məlumata görə, hücum nəticəsində həyatını itirənlər bunlardır:

Professor Məhəmməd Mehdi Tehrançi

Professor Əhməd Rza Zolfəqari

Professor Əbdülhəmid Minuçöhr

Professor Əmir Hüseyn Fəxhi

Professor Fəreydun Abbasi

Həmçinin bəzi professorların ailə üzvlərinin də hücum zamanı həlak olduğu bildirilir.

Universitetin yaydığı bəyanatda qeyd olunur:“Sionist rejimin (İsrailin) Tehran şəhərinin yaşayış məntəqələrinə qarşı həyata keçirdiyi bu insanlıqdan kənar və cinayətkar hücum nəticəsində Şəhid Beheşti Universitetinin sadiq və tanınmış beş professoru, eləcə də onların ailə üzvləri şəhid olub.”

Bəyanatda əlavə olunur:“Biz, elmi ictimaiyyətin üzvləri olaraq, İran xalqı ilə birlikdə bu qəddar və vəhşi cinayəti dərin kədər və yanğı ilə qəti şəkildə pisləyirik.”

Vüsal

Seçilən
26
bakuinfo.net

1Mənbələr