AZ

Bizim.Media-nın qaldırdığı məsələ HƏLLİNİ TAPDI – Təhlükə yaradan piyada zolağı YENİLƏNDİ – FOTO/VİDEO

Paytaxtın mərkəzində – Səməd Vurğun 53 küçəsində, World Biznes Mərkəzinin qarşısında yerləşən piyada keçidini göstərən nişanlanma xəttinin pozulması barədə videoreportaj təqdim etmişdik. Yolun gur avtomobil axınına malik olması vəziyyəti daha da təhlükəli edirdi və piyadaların hərəkəti ciddi riskə çevrilmişdi.

Bizim.Media-nın qaldırdığı problem aidiyyəti qurum tərəfindən çox qısa müddətdə həllini tapıb. Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələni nəzarətə götürərək ərazidə yenidən nişanlanma işləri həyata keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzində TƏHLÜKƏ - Sürücü və piyadalar çaşbaş QALIB – VİDEO


Pozulmuş nişanlanma xəttləri yenilənib və piyadaların təhlükəsiz hərəkəti təmin olunub.

Qeyd edək ki, problemi ilk olaraq Bizim.Media xəbər portalı işıqlandırıb.

Məsələnin ictimailəşdirilməsi aidiyyəti qurumların operativ müdaxiləsinə səbəb olub.



















Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
34
bizim.media

1Mənbələr