AZ

Air India daha bir təhlükə ilə üzləşib

BAKI, TurkicWorld

Taylanddan Hindistana uçan Air India təyyarəsi bomba hədəsi səbəbilə təcili eniş edib.

TurkicWorld xəbər verir ki, Taylandın Phuket adasından Hindistanın paytaxtı Yeni Dehliyə uçan "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən havaya qalxdıqdan az sonra təcili eniş edib.

"India Today" telekanalının məlumatına görə, bomba təhlükəsi barədə xəbərdarlıqdan sonra təyyarədə olan sərnişinlər dərhal təxliyə edilib. Nəticədə heç bir partlayıcı vasitənin aşkar edilmədiyi bildirilib.

Qeyd edək ki, bu hadisədən öncə Hindistanda ağır bir aviasiya qəzası baş verib. Əhmədabaddan Londona yola düşən “Air India 171” reysi qalxışdan dərhal sonra qəzaya uğrayıb. Təyyarədə olan 242 nəfərdən yalnız bir nəfər sağ qalıb. Həyatını itirənlər arasında Hindistan, Böyük Britaniya, Kanada və Portuqaliya vətəndaşları da olub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Hindistanın Mülki Aviasiya naziri Ram Mohan Naidu hadisə ilə bağlı təhqiqatın başladıldığını təsdiqləyib.

Seçilən
24
turkic.world

1Mənbələr