AZ

Azərbaycan müdafiə naziri başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığı mətni Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanıb.

“İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin vəfatı xəbəri məni dərin kədərləndirdi,” –  Həsənov bildirib.

Nazir qeyd edib ki, mərhum generalı şəxsən tanıyıb və onu peşəkar zabit, mehriban və hörmətcil insan kimi xatırlayacaq.

 “Onu ən xoş xatirələrlə yad edəcəyəm. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm.”

İyunun 13-ə keçən gecə İsrail Hərbi Hava Qüvvələri İranın bir sıra şəhərlərində hərbi və nüvə infrastrukturlarına aviazərbələr endirib.

Zərbələr nəticəsində bir neçə yüksək rütbəli hərbçi, o cümlədən SEPAH-ın komandanı Hüseyn Səlami, Baş Qərargah rəisi Məhəmməd Baqeri və “Hətəm əl-Ənbiyə” qərargahının komandanı Qulam Əli Rəşid həlak olub.

N.Təbrizli

Seçilən
38
anews.az

1Mənbələr