AZ

İran hökuməti: Əhalinin ehtiyacları üçün lazımi dəstək göstəriləcək

BAKI, 13 iyun. TELEQRAF

İran hökuməti əhalinin əsas ehtiyaclarını təmin etməyə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat İran hökumətinin fövqəladə iclasından sonra yayılan rəsmi bəyanatda yer alıb.

İsrailin İrana qarşı davam edən hava zərbələri fonunda İran hökuməti əhalinin əsas ehtiyaclarının,o cümlədən yanacaq və dərman təminatının tam şəkildə qarşılanacağını açıqlayıb.

Bildirilib ki, ölkədə mövcud vəziyyət geniş müzakirə olunub və bütün icraedici orqanlar əhalinin əsas məhsullara olan tələbatını ödəməyə tam hazırdır.

Qeyd edək ki, bəyanat İran hökumətinin rəsmi Telegram kanalında dərc olunub.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr